Satılır 5 otaqlı köhnə tikili 190 m², Nəsimi r.
TƏCİLİ SATILIR. Belə bir ikinci təklif bu ərazilərdə yoxdur !!!!
Zorge parkının yanında şəhər və dəniz mənzərəli 190 m² mənzil (iki mənzil cəmi 360,000 azn)
Nəsimi rayonunda, Koala Park və Zorge parkının düz yanında, sakit və yaşıllıqla əhatə olunmuş həyətdə yerləşən geniş, işıqlı 5 otaqlı mənzil.
Geniş ailələr üçün əlverişli planlaşdırma: bütün yaşayış otaqlarının girişləri ayrıdır. Mənzil iki istiqamətə açıldığı üçün təbii havalanması rahatdır — yelçəkəndir. Bütün otaqlar gün işığı alır.
Mənzilin bölgüsü:
* 4 yataq otağı;
* 1 geniş qonaq otağı;
* 1 geniş mətbəx;
* 2 sanitar qovşaq və hamam sahələri;
* 2 geniş, açıq eyvan.
Eyvanlardan və otaqlardan şəhərə həmçinin dənizə açılan mənzərə həm gündüz, həm də axşam saatlarında sıxıcı olmayan xüsusi ab-hava qatır.
İki mənzil — iki ayrıca çıxarış
Mənzil ilkin layihədə hər biri 3 otaqlı olan iki mənzilin birləşdirilməsindən ibarətdir. (Sonradan birləşdirilərək 5 otağa düzəldilib) Hər mənzilin ayrıca çıxarışı mövcuddur və sənədlərdə otaq bölgüsü 3+3 olaraq göstərilir. Hazırda vahid 5 otaqlı mənzil kimi istifadə olunur.
Əvvəlki bölgüyə qaytarılaraq iki ayrıca 3 otaqlı mənzil kimi istifadə olunması variantı da nəzərdən keçirilə bilər. Bu xüsusiyyət bir-birinə yaxın, eyni zamanda ayrıca yaşamaq istəyən ailələr üçün maraqlı seçimdir.
Əlavə üstünlüklər:
* Zabitlər bağına 5-6 dəq piyada məsafə
* Koala Park - Dədə qorqud heykəlinə 3 dəq məsafə
* Müassir təhsil kompleksinə 1 dəq məsafə
* Semaşko xəstəxanasına 2 dəq məasfə.
* Parkların yanında sakit və yaşıllıqlı yerləşmə;
* Həyətdə və binanın ətrafında avtomobil saxlamaq üçün sahələr;
* Ayrı girişli geniş otaqlar.
* Şəhər və dəniz mənzərəsi.
Mənzil qismən əşyalı satılır.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlayın.
Agentliyin xidmət haqqı: satış qiymətinin 1%-i.